AZ

“Gürcüstan hadisələrindən çıxaracağımız dərs var”

“Gürcüstan

“Bəzi mafioz qrupların Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinə Rusiyadan təsiri bütün bunlar prosesi küçələrə, inqilabi nöqtələrə daşıma təhlükəsini artırır. Təbii ki, iqtidarda olan İvanişvili Gürcü Arzusu cəbhəsinin də ölkə içərisində böyük təsir imkanları var. Bu artıq bir xaos və stabilliyin, sabitliyin pozulması anlamına gələ bilər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu söyləyib.

O əlavə edib ki, Azərbaycanın və Türkiyənin maraqları baxımından da Gürcüstanda sabitliyin olması, orada milli maraqlar zəminində siyasətin icra edilməsi, müstəqil bir Gürcüstanın inşa edilməsi çox vacibdir: “Çünki bizim maraqlarımız regionun kənar müdaxilələrdən arındırılmasını, bu müdaxilələrə imkan verilməməsini tələb edir. Eyni zamanda, Gürcüstan Azərbaycanın müttəfiqi olan ölkədir. Bu mənada orada sabitliyin olması, hər hansı təhlükə olmaması önəmlidir. Əslində bu məsələlər bir də Azərbaycanın balanslaşdırılmış siyasətinin doğru olduğunu da göstərir. Yəni regionda Gürcüstan və Ermənistan örnəklərinə baxdığımız zaman necə təhlükəli vəziyyət yarandığını görə bilirik. Rəqabətin məkan halına gəlməsi nəticəsində balanslaşdırılmış siyasət və eyni zamanda iqtisadi müstəqilliyin hər şeydən ön plana çıxarılması. Gürcüstanda Qərbin əsas təsir imkanlarından birisi qeyri-hökumət təşkilatları, siyasi partiyalar oradan gələn maliyyə axınıdır. Orada bir qisim insanlar rifahlarını, həyatlarını o təşkilatlardan gələn qrantlar hesabına təmin edirlər. Gürcüstan hadisələrindən bizim də çıxaracağımız kifayət qədər dərs var”.

Röya İsrafilova

Seçilən
209
xalqcebhesi.az

1Mənbələr