AZ

Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi qadağan edilə bilər

Avstraliyada 16 yaşdan aşağı olanların sosial şəbəkələrə girişini qadağan edən qanun qəbul edilib. Türkiyədə də bu barədə müzakirələr gedir.

Bəs Azərbaycanda necə, belə bir qanunun qəbuluna ehtiyac varmı?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Avstraliya Senatı 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləyib:
 

“Qanun pozuntusu edən şirkətlərə isə 50 milyon Avstraliya dollarına qədər cərimə tətbiq ediləcək. Sənəddə hansı platformaların qadağan olunacağı tam dəqiq bildirilmir. Avstraliyanın rabitə naziri Mişel Rouland bunun TikTok, Instagram, X, Facebook, Reddit, Snapchat-a aid olacağını söyləyib. Xüsusilə burada əsas məsələ istifadəçilərin yaşının dəqiq necə müəyyən ediləcəyidir. Lakin bununla bağlı hələ ki tam dəqiq məlumat yoxdur. Avstraliya hökuməti növbəti altı ay ərzində bir neçə texnologiyanı sınaqdan keçirməyi planlaşdırır. Qanun da bir ildən sonra qüvvəyə minəcək”.
 

Deputatın sözlərinə görə, əslində hər kəs istəyər ki, uşaqlar sosial şəbəkələrdən uzaqlaşıb real həyata və real ünsiyyətə üstünlük versinlər:
 

“Mən düşünürəm ki, Azərbaycanda da irəli zamanlarda bu qanuni tətbiq etmək olar. Lakin ilk öncə təcrübələrə baxılmalı, çatışmayan cəhətlər təhlil edilməlidir. Avstraliya hakimiyyətinin qərarı bir çox valideyn təşkilatı tərəfindən dəstəklənsə də, siyasətçilər və insan haqları təşkilatları onu tənqid ediblər. Düşünürəm ki, indiki halda bu ilkin versiyadır, hələ ki təcrübələri nəzərdən keçirtməkdə fayda var”.

Seçilən
22
1
modern.az

2Mənbələr