AZ

Tramp seçildikdən sonra ilk səfərini Fransaya edəcək

Bakı, TurkicWorld

Donald Tramp seçildikdın sonra ilk səfərini 2019-cu ildə yanğın nəticəsində ciddi şəkildə zədələnən və təmir edilən tarixi Notr Dam kilsəsinin açılış mərasiminin keçiriləcəyi Fransaya edəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Trump bu sözləri sahibi olduğu “Sosial Həqiqət” sosial media platformasındakı paylaşımında bildirib.

Tramp öz yazısında “ Demək istərdim ki, möhtəşəm və tarixi Notr Dam kilsəsinin yenidən açılışında iştirak etməkdən şərəf duyacağam. (Prezident Emmanuel) Makron Notr Damın əvvəlki şöhrətini və daha çoxunu bərpa etməkdə böyük iş görüb. "Bu, hər kəs üçün çox xüsusi bir gün olacaq" – deyə bildirib.

Qeyd edək ki, Fransanın dünyaca məşhur tarixi ibadət yeri olan Notr-Dam Katedrali, 2019-cu ildə baş verən yanğından sonra başlayan təmir-bərpa işlərinin tamamlanmasıyla dekabrın 7-si şənbə günü keçiriləcək rəsmi mərasimlə yenidən ibadət üçün açılacaq.

Eyni zamanda, Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ prezidenti seçildikdən sonra o, xaricə ilk səfərini Fransaya edəcək.

Seçilən
32
1
turkic.world

2Mənbələr