AZ

Siyasi şərhçi: "Gürcüstandakı aksiyaların bir nəticəsi olmayacaq"

“Gürcüstanda parlament hökuməti təsdiq etdi. Bildiyimiz kimi, Gürcüstanda keçirilən seçkilər olduqca qarışıq keçmişdi və etirazlara səbəb olmuşdu. Avropa Parlamenti də Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə 444 deputat lehinə, 72 deputat isə əleyhinə səs verib. Qətnamədə Gürcüstanın bəzi rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi tələb edilir”.

“Gürcüstan müxalifəti faktiki olaraq onsuz da bu gün edə bildiyini edir, yəni Qərbdən aldığı dəstəklə “Gürcü Arzusu” partiyasına qarşı aksiyalar keçirirlər. Lakin bu aksiyaların bir nəticəsi olmayacaq. Çünki Qərbin dəstəyi uzunmüddətli deyil və bu dəstək bir müddət sonra kəsiləcək. Qərb başa düşməlidir ki, mövcud hakimiyyət qanuni hakimiyyətdir və qanuni hakimiyyəti devirmək də mümkün olmayacaqdır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Siyasi şərhçi bildirib ki, Gürcüstan Qərblə arasında məsafə qoymaqda qərarlıdır.

“Bu məsafə daha çox Qərblə bağlıdır. Çünki Qərb Gürcüstanın 2008-ci ildən bu günə qədər olan tələblərini yerinə yetirməyib. Söhbət Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli, Avropa İttifaqına üzvlük, NATO-ya üzvlük kimi məsələlərdir və bütün bunlar həll edilmədiyi təqdirdə Gürcüstan Qərblə arasına məsafə qoymaq qərarına gəlibdir. Bu, əslində bizim tətbiq etdiyimiz balans siyasətidir. Çox adam bu yanlış anlayır, elə bilir ki, bu Rusiyaya meylli siyasətdir. Xeyr, Rusiya ilə münasibətləri normallaşa bilər. Amma bu, Qərblə münasibətlərdə məsafə saxlamaq deməkdir, bitirmək mənasına gəlmir. Hesab edirəm ki, əslində bugünkü aksiyalar Qərbin Gürcüstanın mövcud hakimiyyətinin atdığı addımlara greaksiyasıdır. Ancaq bu reaksiyalar effektiv olmayacaqdır və aksiyalar tədricən səngiyəcək”.

Seçilən
8
aznews.az

1Mənbələr