AZ

İsrail və Hizbullah arasında döyüş başladı

İsrailin dekabrın 2-də Livanın iki şəhərində Talusa və Harisdə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər ölüb, 3 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. İsrail ordusu Livanda Hizbullahın onlarla hədəfinə zərbələr endirib.Bundan əlavə, dekabrın 2-də İsrailin Livanın cənubunun digər bölgələrinə endirdiyi zərbələr nəticəsində daha 2 nəfər həlak olub. Onlardan biri növbətçi mühafizəçi olub.İsrailin zərbələri Hizbullahın İsraili atəşkəsi pozmaqda ittiham etməsindən və İsrail ordusunun mövqelərinə raket zərbələri endirdikdən sonra baş verib və bunu “müdafiə xarakterli qabaqlayıcı zərbə” adlandırıb. İsrail tərəfində ölən və yaralanan olmayıb.Beyrut sakinlərinin Reuters agentliyinə verdiyi məlumata görə, dronlar dekabrın 2-də axşam saatlarında paytaxt səmasında uçub. Noyabrın 27-də ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəs İsrailin Livanda hücum hərbi əməliyyatları həyata keçirməsini qadağan edir və Livan Hizbullah da daxil olmaqla silahlı qrupların İsrailə hücum etməsinə icazə verməməlidir. Livan adından atəşkəslə bağlı danışıqlar aparan Livan Parlamentinin sədri Nəbih Beri Beyrutun 27 noyabrdan bu yana İsrail tərəfindən atəşkəs rejimini 54 dəfə pozduğunu qeyd edib.

Seçilən
30
2
veteninfo.az

3Mənbələr