AZ

Çin Trampın BRİCS ilə bağlı təhdidlərinə CAVAB VERDİ

Çin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, BRİCS çərçivəsində tərəfdaşlarla işləməyə davam edəcək.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Çzyan bildirib. Diplomatın bəyanatı Trampın öz valyutalarını yaradıb dollardan imtina etsələr, onlara 100 faizlik rüsumların tətbiq edilməsinin mümkünlüyü barədə xəbərdarlığına cavab olaraq verilib.

“Çin müxtəlif sahələrdə işgüzar əməkdaşlığı dərinləşdirmək və qlobal iqtisadiyyatın davamlı və sabit artımına daha çox töhfə vermək üçün BRICS tərəfdaşları ilə işləməyə davam etməyə hazırdır”, - Çzyan bildirib.

Çin tərəfinin nümayəndəsi xatırladıb ki, BRİCS ölkələri əvvəllər olduğu kimi, səmimi və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Onun sözlərinə görə, assosiasiya üzvləri blok qarşıdurmasında iştirak etmək niyyətində deyil və üçüncü tərəflərə hansısa formada müqavimət göstərməyə çalışmırlar.

QAZİLER.AZ

Seçilən
37
4
qaziler.az

8Mənbələr