AZ

Ukraynanın NATO-ya dəvəti məsələsi müzakirə edilmir

NATO Ukraynanın alyansa dəvət edilməsini müzakirə etmir, yalnız silah təchizatını müzakirə edir. “Reuters” xəbər verir ki, alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Ukrayna ilə bağlı müzakirələrin təfərrüatlarını baş katibi Mark Rütte açıqlayıb.

“Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə cəmləşməliyik: Ukraynaya hərbi yardımın çatdırılmasına”, - o deyib.

Rütte qeyd edib ki, Ukraynanın sülh prosesinin necə görünə biləcəyi ilə bağlı əlavə ideyalara ehtiyacı yoxdur və alyans sülh danışıqları başlayanda Kiyevin əlverişli mövqedə olacağına əmin olmalıdır. 

Daha əvvəl “Reuters” diplomatlara istinadən xəbər vermişdi ki, NATO Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın ölkəsini Şimali Atlantika alyansına dəvət çağırışına məhəl qoymayacaq. Mənbələrin məlumatına görə, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında təşkilatın 32 üzvünün bu məsələdə konsensus əldə etdiyinə dair heç bir işarə yox idi.

 

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
10
xalqqazeti.az

1Mənbələr