AZ

“PASHA Bank Hackathon”a qeydiyyat artıq başladı

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"texnologiya və bankçılıq həlləri sahələrində yenilikləri təşviqetmək məqsədi ilə hakaton elan edir.

“PASHA Bank Hackathon”un əsas məqsədi innovativ rəqəmsalməhsullar yaratmaq, eləcədə texnoloji həllər və startaplarlamaraqlanan iştirakçılar arasında yaradıcılığı dəstəkləməkdir.

Bu müsabiqə, bank sektorundakı mövcud çağırışları təhlil edərək,tətbiq oluna bilən ideyaları aşkar etdirməkdir. İştirakçılar, “PAŞABank”ın strateji məqsədlərinə uyğun həllər təklif edərək, bankçılıqsahəsindəki çağırışlara cavab verən innovativ məhsullar yaratmaqfürsəti əldə edəcəklər. “PASHA Bank Hackathon” istedadlarıncəlbini, biznesdə yeni yanaşmaların tətbiqini, eləcə də müştəriehtiyaclarına uyğun məhsulların, o cümlədən Əlavə DəyərXidmətlərinin yaradılmasını hədəfləyir.

Müsabiqəyə yerli bazarda fəaliyyət göstərən peşəkarlar dəvətolunur. “PASHA Bank Hackathon”un qaliblərinə ümumilikdə 16,000 AZNdəyərində mükafat təqdim ediləcək:

  • 1-ci yer: 8,000 AZN
  • 2-ci yer: 5,000 AZN
  • 3-cü yer: 3,000 AZN

İştirak etmək istəyənlər linkə daxil olub qeydiyyatdan keçəbilərlər.

Qeydiyyat üçün son tarix 15 dekabr 2024-cüildir.

"PAŞA Bank" Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi vəmüştəriyə yönəlmiş yanaşma vasitəsilə maliyyə sektorunda innovasiyavə inkişafın təşviqini davam etdirməyi planlaşdırır.

Seçilən
12
3
az.trend.az

3Mənbələr