AZ

400 ildən sonra ilk dəfə turistlər əfsanəvi ingilis kralının qalasını ziyarət edə biləcəklər

Korfe qəsrinin ziyarətçiləri İngiltərə vətəndaş müharibəsi zamanı dağıdılandan sonra kral I Henrix üçün tikilmiş qülləni ilk dəfə ziyarət edə biləcəklər.

QHT.az xəbər verir ki, İngiltərədə turistlər 400 ildən sonra ilk dəfə İngiltərənin cənubundakı ən mənzərəli tarixi abidələrdən biri olan Korfe qalasının qülləsinə qalxa biləcəklər. Dorsetdəki Korfe qalası ilk olaraq 11-ci əsrdə Fateh Uilyam üçün tikilib, qala və ya kral qülləsi isə təxminən 1107-ci ildə oğlu Henri I üçün tikilib. Ağ əhəngdaşı ilə tikilmiş 23 m hündürlüyündəki qüllə 1646-cı ildə vətəndaş müharibəsi zamanı dağıdılıb. Bununla belə, dekabrın 2-dən turistlər qüllədəki müşahidə göyərtəsinə qalxa və ətrafı “kral nöqteyi-nəzərindən” görə biləcəklər.

Qalada bərpa işlərinə 2023-cü ildə başlanılıb, daş işlərinin bərpası üçün orijinal inşaatçıların təxminən 1000 il əvvəl istifadə etdikləri eyni üsul və materiallardan istifadə edilib.

 

R.İmanov

Seçilən
17
qht.az

1Mənbələr