AZ

Qətər Dohada Astana formatında görüşün keçiriləcəyini təsdiqləyə bilməyib

Qətər Dohada Astana formatında görüşün keçiriləcəyini təsdiqləyə bilməyib

Qətər Suriyada nizamlanma ilə bağlı Astana formatında Dohada görüşün keçiriləcəyini təsdiqləyə bilməz, lakin bu məsələdə qarşılıqlı fəaliyyətə açıqdır. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazirin müşaviri, əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari keçirdiyi brifinqdə məlumat verib."Biz həmişə regionda sülh, münaqişələrin həlli və deeskalasiyanın təşviqinə gətirib çıxara biləcək hər hansı səylərə ümid edirik. Və biz hər hansı mümkün qarşılıqlı əlaqə üçün qapıları bağlamırıq, lakin hazırda əlimizdə heç bir sübut yoxdur" - deyə əcid bin Məhəmməd əl-Ənsari Dohada Rusiya, Türkiyə və İranın iştirakı ilə görüş keçirmək planları ilə bağlı suala cavabında bildirib.

Seçilən
9
afn.az

1Mənbələr