Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.
Senzor.az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidməti Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.