AZ

Türkiyədən Azərbayacana elektrik avadanlıqları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycanaelektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə11,5 faiz azalaraq, 205 milyon 724 min 20 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Azərbaycana 22 milyon 506 min 25dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçənilin oktyabr ayı ilə müqayisədə 26,5 faiz azdır ” – deyənazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənindünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyniayı ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 mindollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 mindollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçənilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur,” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024)Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrikavadanlıqları ixrac edib.

Məqalədə:
Seçilən
9
3
az.trend.az

10Mənbələr