AZ

Türkiyənin geyim ixracı 6,4 faiz azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq, 16 milyar 661 milyon 719 min dollara bərabər olub.

FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 489 milyon 931 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 18 milyard 111 milyon 716 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib. (Trend)

Seçilən
4
9
fed.az

10Mənbələr