AZ

İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur

“İrəvan avtobusu" QSC-nin 18 sürücüsü tətildə iştirak etdiyinə görə işdən qovulub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İrəvan meriyasının mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.

 

Xatırladaq ki, “İrəvan avtobusu" QSC-nin sürücüləri çərşənbə axşamı səhər saatlarında tətil elan ediblər. Avtobuslar təyinatları üzrə xətlərə çıxmayıb və bu səbəbdən Ermənistan paytaxtının müxtəlif rayonlarındakı dayanacaqlarda uzun növbələr yaranıb. Vətəndaşlar uzun müddət ictimai nəqliyyatdan istifadə edə bilməyiblər.

 

Ölkədə nəqliyyat böhranına səbəb olan aksiya iştirakçıları maaş artımı ilə yanaşı, tualet kimi qəribə tələblər də ortaya qoyublar.

 

Aksiyalarda sürücülərin şəhərdə onların istifadə edə biləcəyi tualetinin olmamasına dair giley-güzarı daha çox diqqət çəkib. Etirazçılardan biri jurnalistlərə deyib: “Tualetimiz yoxdur... Yaxşı olardı ki, avtobusu dayanacaqda saxlayıb təbii ehtiyaclarımızı ödəyə bilərdik...”.

Seçilən
17
1
senzor.az

2Mənbələr