AZ

Qazaxıstan Rusiyanın üç şəhərində məktəblər açacaq

Qazaxıstan Rusiyada qazax dilində tədris olunan məktəblərin açılacağı üç şəhəri seçib - onlar Orenburq, Omsk və Həştərxanda tikiləcək, ölkənin təhsil naziri Qani Beysembayev bildirib.

“Bu, ilkin məlumatdır, bu istiqamətdə işlər davam etdiriləcək, ümumiyyətlə, tələbat var ki, məktəblərin tikintisini Rusiya maliyyələşdirəcək, lakin təlimlər Qazaxıstan standartları və metodları ilə aparılacaq,”- Beysembayev bildirib.

Məktəblərin tikiləcəyi rayonlar təsadüfi seçilməyib - ölkənin Təhsil Nazirliyi qazaxdilli məktəblərə tələbatı olan araşdırma aparıb: məhz bu şəhərlərdə böyük qazax diasporları yaşayır. Nazir əlavə edib ki, bunun müqabilində Qazaxıstan da eyni, lakin Qazaxıstanın cənubunda rusdilli məktəblər tikə bilər - bu barədə qərar dekabrda verilə bilər, “Sputnik Qazaxıstan” xəbər verir.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 27-də “İzvestiya” qəzetində dərc olunmuş “Qazaxıstan və Rusiya: əməkdaşlığın yeni üfüqləri” adlı məqaləsində Qazaxıstanın respublikanın cənub bölgələrində rus məktəbləri açmağı planlaşdırdığını bildirmişdi.

“Bizim planlarımıza ölkəmizin cənub bölgələrində rus məktəblərinin açılması da daxildir. Hazırda Rusiya təhsil müəssisələrində 60 minə yaxın qazaxstanlı tələbə təhsil alır.Astanada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialını və Omskda Əl-Farabi adına Qazax Milli Universitetinin nümayəndəliyini açmağı planlaşdırır,” – Kasım-Jomart Tokayev.

Almaz Həsənli

Seçilən
10
oxumeni.az

1Mənbələr