AZ

Ukraynanın NATO-ya tam üzv olması Rusiya üçün qəbuledilməz olardı - Peskov

Ukraynanın NATO-ya tam üzv olması Rusiya üçün qəbuledilməz olardı.Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Daha əvvəl “European Pravda” nəşri yazıb ki, NATO-nun nazirlər toplantısının başlandığı gün Ukrayna Xarici İşlər Nazirliyi təhlükəsizlik zəmanətləri ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Sənəddə deyilir ki, Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı, eləcə də “Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzünə” və digər ölkələrə qarşı çəkindirici vasitə yalnız Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü ola bilər. Bu məlumatı şərh edən Peskov belə bir addımın Rusiyanın təhlükəsizlik məsələlərinə yanaşmasına zidd olduğunu söyləyib.“Biz təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edirik, ona görə də, bir ölkənin təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər vurmaqla təmin etmək olmaz Bizim üçün, çünki bu, birbaşa təhlükə yaradır”, - mətbuat katibi bildirib.Onun sözlərinə görə, belə bir addım Rusiya Federasiyasının xüsusi hərbi əməliyyata başlamasına səbəb olan hazırkı münaqişənin əsas səbəblərini aradan qaldırmır.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr