7 dekabrdan etibarən şənbə-bazar günləri saat 17:30–18:30 arasıMTV kanalında yeni televiziya verilişi start götürür.
Radio aparıcısı və tanınmış sima Günel Xəlfəzadə özünün “Axşama doğru Günellə” adlı proqramı ilə izləyiciləri ilə görüşəcək.
Veriliş sağlam həyat tərzinin təbliği məqsədi ilə şənbə-bazar günləri saat 17:30-18:30 arası yayımlanacaq.
Verilişin əsas mövzusu sağlamlığı təmin etmək üçün müasir yanaşmalar, mütəxəssis məsləhətləri və praktiki tövsiyələrdən ibarət olacaq. “Axşama doğru Günellə”də həkimlər, sağlamlıq mütəxəssisləri, psixoloqlar, idmançılar, ictimai fiqurlar, məşhur bloqerlər, müğənnilər və digər mədəniyyət xadimləri mütəmadi olaraq qonaq olacaqlar.
Hər proqramda, sağlam həyat tərzinin müxtəlif aspektlərinə toxunulacaq, bununla yanaşı, gündəlik həyatda asanlıqla tətbiq edilə bilən sağlamlıq tövsiyələri və həyat keyfiyyətini yüksəltmək üçün faydalı məlumatlar təqdim ediləcək.
Günel Xəlfəzadə sağlamlıq sahəsində radio aparıcısı olaraq tanınan və sevilen bir simadır. Əminik ki, onun televizya verilişi izləyicilərə sağlam yaşam mövzusunda motivasiya verəcək və insanların həyatlarına müsbət təsir edəcək.
Veriliş həm maraqlı, həm də informativ olacaq, izləyiciləri gündəlik həyatlarında daha sağlam və balanslı bir həyat sürməyə təşviq edəcək.
Günel Xəlfəzadənin təqdimatında hər həftə yeni qonaqlar və mövzular ilə proqram daha da rəngarəng və maraqlı olacaq.