AZ

Konqresə döyüş sursatı keçirməyə cəhd edən Nümayəndələr Palatasının əməkdaşı saxlanılıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının əməkdaşı Maykl Hopkins qanunvericilik orqanının binasına döyüş sursatı keçirməyə cəhd etdiyinə görə polis tərəfindən saxlanılıb.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

"Zabitlər Hopkinsin çantasını yoxlayarkən 4 daraq və 11 patron aşkar ediblər. Əməkdaş polislərə çantasında sursatın olduğunu unutduğunu bildirib", - polisin bəyanatında qeyd edilib.

Nəşr qeyd edir ki, Hopkins Demokrat Partiyasının strategiyasının hazırlanmasında iştirak edir və konqresmen Cozef Morellin (Nyu-Yorkdan demokrat) kommunikasiya direktoru vəzifəsində çalışıb. Qanunvericinin nümayəndəsinin sözlərinə görə, Kapitolidəki hadisədən sonra Hopkins işdən çıxarılıb. Polis ona qanunsuz sursat saxlamaqla bağlı ittiham irəli sürüb.

Seçilən
5
1
far.az

2Mənbələr