AZ

"Balta qadına dəyməyib, bu hazırlanmış məsələdir" - Xalq artisti məhkəmədə elə şeylər danışdı ki...

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda Ağadadaş Ağayev ifadə verib.

Onun sözlərinə görə, iyunun 21-dən 22-nı keçən gecə qəzaya düşübb və müayinə olunmaq üçün hospitala müraciət edib:

"Qulağıma tikiş qoyuldu. Səhər üzü saat 7-də qulağımdan qan gəldi. Qəza zamanı telefonum sındığı üçün zəng edə bilmədim. Buna görə küçəyə çıxdım. Bir nəfər qabağıma çıxdı, bildim ki, hospital işçisidir. Ona dedim ki, mən burda əməliyyat olunmuşam, əməliyyatda 4 nəfər iştirak edib. Məndə kəskin ağrılar olduğu üçün ondan kömək istədim. Xahiş etdim ki, 4 nəfərdən biri mənə yardım etsin. Bu adamdan kömək istəsəm də, o mənə cavab vermədi.

Sonra məni döyməyə başladı. Dedi, sən necə adamsan, mənə əmr edirsən. Məni təhqir etməyə başladı. Bildirdi ki, qudurmusan, əmr etməyi öyrənibsən? Kişisən, özün gəl. Elə sözlər dedi ki, mən burada onları demirəm. Orada olanlar onu kənarlaşdırdılar. Taksi sürücüsü mənə dedi ki, həmin adamı kənarlaşdırdıq. Amma sonradan kənar yerdən qəfil çıxaraq yenə də mənə hücum etdi. Məni bu hərəkəti etməyə məcbur etdi, təhrik elədi.

Mən onu evimin içərisində də vura bilərdim. Amma bunu etmədim. Bunu etmək fikirim olmayıb. Çünki hüquqi cəhətdən bunu bilirdim. Amma məni elə dərəcəyə çatdırdı ki, onu vurmağa məcbur oldum. Burada qadınlar əyləşib, elə sözlər dedi ki, burada demək istəmirəm. Dedi, kişi deyilsən, çıx çölə. Mən də məcbur qalaraq balta götürüb ona tərəf atdım.

Mənim xarakterimdə şortiklə küçəyə çıxmaq olmayıb. Amma məni elə dərəcəyə çatdırdı ki, bu formada küçəyə çıxdım. Məni dəmir parçası ilə vurdu.

Mən tibbi yardım istəmişəm. Necə ola bilər ki, yardım istəyən adam söyüş söysün? Məni bu həddə bu adam çatdırdı".

Dövlət ittihamçısının suallarını cavablandıran xalq artisti bildirib ki, mühafizəçi Nurəddin Cəlilov onu hadisənin baş verməsinə təhrik edib:

"Yalan danışmaq xarakterimdə yoxdur. Buna görə də and içmirəm. Mən özümü müdafiə üçün əşya götürmüşəm. Hadisə qapının ağzında baş verdi. Onu kənara çəksələr də, əl çəkmədi. Dəfələrlə üstümə hücum çəkdi, məni təhdid etdi. Eyni şeylər təkrarlandı. Məni provokasiya çəkdi və yolun o biri tərəfinə keçirdi. Mən də yolun o biri tərəfinə, xəstəxana tərəfə keçdim.

Mən baltanı atanda 10 metr məsafə var idi. Məcbur olaraq baltanı atdım ki, gözətçi məntəqəsinə getsin, məndən əl çəksin.

Mən baltanı özümü müdafiə etmək üçün atmışam. Baltanı da qadın oradan götürüb, balta ona dəyməyib. Bu, hazırlanmış məsələdir. Sonradan belə qənaətə gəldim ki, bu provokasiya əvvəlcədən hazırlanıbmış.

Qadına baltanın sapının dəyməsini mən görməmişəm. Bunu videoda görmüşəm. Əsəbi olmuşam və baltanı atmışam. Çünki məni hövsələdən çıxardı. Onu vursaydım, evimin qabağında vurardım. Mən özümü itirmişdim, bir nəfər mənə köməklik etdi, evimə gətirdi".

Ağadadaş Ağayev bildirib ki, Nurəddin Cəlilova xəsarət yetirməyib: "Mənim belə bir gücüm olmayıb. Belə başa düşmək olar ki, ölü ilə diri savaşıb... Bu hadisəyə pis baxıram. Ağlıma gəlməzdi ki, belə hadisə başıma gələr. Günahkar kimi peşman deyiləm. Amma hadisəni baş verməsinə görə günahkaram".

Hazırda proses davam edir.

Qeyd edək ki, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Nurəddin Cəlilova da eyni ittihamla cinayət işi açılıb və iş ayrıca icraatda baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Bu işə hakim Elçin Ağayevin icraatınfa basılacaq (teleqraf.com). 

Seçilən
38
2
redaktor.az

3Mənbələr