AZ

Dövlət Fondu 144 milyona yaşayış sahələri alır

Bakı. Trend:

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu satmaqöhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri satınalacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Məlumata görə, vətəndaşların tələbatı nəzərə alınaraq, yaşayışsahələrinin satın alınması Bakı şəhəri ərazisi üzrə (AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbəvə kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cuzonalar üzrə) həyata keçiriləcək.

Dövlət Fondu yaşayış sahələri satın alınmasına 144.200.000,00AZN (144 milyon 200 min manat) vəsaitin sərf olunacağınıproqnozlaşdırıb.

Yaşayış sahəsinə dair tələblərin bir qismi beləmüəyyənləşdirilib:

Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya binakompleksində) yerləşməlidir, fərqli bina (və ya binakomplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yolverilmir;

Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələrimülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindənçıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılmasıbarədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir;

Satın alınması nəzərdə tutulan yaşayış sahələri 1, 2, 3 və ya 4otaqlı olmalıdır;

Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşənmənzillər olmalıdır;

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinəuyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşaedilməlidir.

Seçilən
14
2
az.trend.az

3Mənbələr