AZ

İki sevdalının cəzası var...

“İki sevdalının cəzası var”. Azərbaycan muğamının bu səmimi, acı etirafını indi Gürcüstan var-gücüylə, var-taleyi ilə yaşyır.Ölkənin iki adaxlısı...yox, iki prezidenti olanda vəziyyət olur “rusca”.Hə. Tiflisin iki prezidenti var - biri Salome Zurabaşvilidir, digəri isə... Digəri isə Bidzina İvanişvili. O, hakim “Gürcü arzusu” partiyasının fəxri həmsədridir ancaq. Başqa rəsmi vəzifəsi-filanı yoxdur. Birincisi, yəni Salome xanım qanunidir guya. Gizlənmir jurnalistlərdən ən azı. O biirisi isə üzü niqablıdır, necə deyərlər. Jurnalistlərlə qəhvə içmir asudə vaxtlarında. İqamətgahı çox dəbdəbəlidir. Salome Zurabaşvilinin yaşadığı “Knyaz Orbeliani sarayı”ından dəfələrlə rahatdır. Modern üslubdadır. Ancaq bu hər iki “prezident”in avtobioqrafiyasında bircə ortaq nöqtə var. İkisi də vaxtilə ( bəlkə elə indi də?!) Fransa vətəndaşı olublar.Salomenin Fransa pasportu anlaşılandır. Ağ qvardiyaçı mühacir valideynlərinin yadigarıdır. Bidzina İvanişvilinin Fransa pasportu isə daha mürəkkəb, düyünlü dedektiv süjetin məhsuludur. “Gürcüstanfilm”ə layiq bu ssenarinin hər abzası bir şedevrdir. Ayrıca kinodur.Tarixçəsi belədir - İvanişvili 2002-ci ildə, Saakaşvilinin “qızılgül inqilabı” ərəfəsində Rusiya vətəndaşı kimi  Moskvadan Fransaya köçüb. Varlı oliqarx kimi Kurşivil kurortunda lövbər salıb. Üçpasportlu həyatı da o vaxtdan başlayıb - əvvəl, Saakaşvili hakimiyyəti zamanı, 2004-cü ildə Gürcüstan pasportunu qatlayıb qoyub cibinə. 2010-cu ildə Fransa vətəndaşlığı qazanıb. 2006-cı ildə öz “İmpeksbank”ını 550 milyon dollara satan kimi qazancını Pablo Pikassonun “Dora Maaar pişikləri ilə” tablosuna yatırıb.

Üstəlik, Klod Monenin, Mark Şaqalın da bir-iki rəsmini də kabinetinin divarlarından asıb. 100 milyon pul xərcləyib yalnız bircə tabloya. Start qiymət əvvəlcə 52 milyon dollar olsa da, hərrac zamanı dəfələrlə qalxıb yuxarı. Son qoyməti İvanişvili səsləndirib. Səbəb aydındır. Fransa pərdəarxasına, lobbilərinə keçməyin bircə sadə yolu mövcuddur. “Sotheby's” hərracından bahalı şəkilləri od qiymətinə alırsan. Pullarını izazdırıcı ünvanlarda gizləyirsən. Vəssəlam. Sonra fransız pasportu, Fransa kəşfiyyatı DQSE özü gəlir qapına. Başlayır səninlə şahmat oynamağa. Əvvəl səni qara pullar mövzusu ilə qorxudur, sonra isə...Beləliklə, 2000-ci illərdə Fransa, Yelisey sarayı, DQSE kəşfiyyatı Güney Qafqazda öz cari siyasəti üçün yeni fiqurlar axtara-axtara gəlib İvanişvili ilə Salomenin üzərində dayanır. Hərrac bir başqa məzmunda davam edir özü üçün. Son qiyməti yenə Bidzina səsləndirir. Salomeninin namizədliyini İvanişvili kartı ilə sığortalayırlar. Qısası, iki "adaxlı" seçirlər Gürcüstana. Knyaz Orbelianinin sarayına. Qəfil bəlli olur ki...Həəə... İşə bir bax... Bidzinanın da iki "adaxlısı" var. Rusiya.İrakli Kobaxidzenin adındakı “Koba” şifrəsi, kodu bu vaxt tamam başqa məzmun alır fransızların kor gözlərində. Elə İvanişvilinin “İvan” kod-ismi də başqa cür, İtalyan operalarının ahəngi ilə səslənir kar qulaqlarında. Bəlli olur- ruslar təkcə Ukraynanın, Gürcüstanın ərazilərini minalamaqla kifayətlənməyiblər. Hər iki ölkənin "Ana yasa"sını da (konstitusiyasını - red.) "minalayıblar". Ukraynada, misal üçün, "Ana yasa"nın 111-ci maddəsi "minalanıb" ruslar tərəfindən. İndi bu maddəni əsas götürərək Putin öz adaşı Zelenskini artıq legitim saymır. Deyir danışıqlar Rada ilə, Ruslan Stefançukla aparılmalıdır.Gürcüstanda da təkcə Abxaziya, Osetiya sərhədləri minalanmayıb. 2017-18-ci illərdə hakim “Gürcü arzusu” tərəfindən redaktə edilmiş "Ana yasa" da "minalanıb". Eynən Ukraynadakı kimi. Bu redaktələrə görə dekabrın 16-da Gürcü prezidentini xalq kütlələri yox...Parlamentlə bölgə nümayəndələri seçəcək. Mətndəki digər redaktələr də artıq müxalifətə heç bir şans tanımır.Beləliklə, Gürcüstanda iki "prezident" döyüşür indi. Sarayları, iqamətgahları fərqli olsa da, ümumi Fransa taleləri var. Fəqət İvanişvili burada ikiüzlü olub. Fransızlara "atıb".İndi bu iki tuzlu, iki prezidentli oyunun son pərdəsi gedir Tiflis küçələrində.P.S. İrakli Kobaxidze bu gün elan etdi ki, Salome 29 dekabrda knyaz Orbeliani sarayını boşaltmalıdır. Salome isə bu ünvanda müxalifətlə yeni razılaşma imzalayıb.Hadisələri təqib edək.İki sevdalının cəzası var.Hadisələr muğamat trayektoriyası ilə zilə qalxır yavaş-yavaş...

Seçilən
30
anspress.com

1Mənbələr