AZ

Birinci qrup əlil, iflic olmuş fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb. Bu qərarı çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsi həm vəkilin, həm də dövlət ittihamçısının vəsatətləri əsasında qəbul edib. Bu barədə Turan-a vəkil Fəriz Namazlı bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi fəalın səhhəti və Bakıda daimi yaşayış yerinin olması ilə əlaqədar həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Xəlilov azad edildikdən sonra Turan-a bildirib ki, quru aclıq səbəbindən səhhətinin pisləşməsilə əlaqədar məhkəmə onu ev dustaqlığına buraxıb.

“Özümü çox pis hiss edirəm. Dodaqlarım quruyub və danışmaq çətindir",  -Xəlilov söhbəti davam etdirə bilməyərək deyib.

* Əlləri iflic olan fəal Famil Xəlilov mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (satış məqsədi ilə külli miqdarda narkotik maddənin hazırlanması, daşınması, saxlanması) ittiham olunaraq saxlanılıb. Fəalın barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Onun yaxınları bildirirlər ki, əsl səbəb sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazılardır.

Avqustun 15-də Famil  Xəlilov azadlığa buraxılması tələbilə aclığa başlayıb. Noyabrın ortalarında azad ediləcəyi barədə vədlərlə əlaqədar aclığı dayandırıb. Noyabrın 28-də məhkəmə qətimkan tədbirini dəyişdirməkdən imtina etdikdən sonra  yeni, lakin  quru aclıq  elan edib.

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

Seçilən
11
turan.az

1Mənbələr