Tramp Notr-Dam kilsəsinin açılışına gedəcək
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-8-nə planlaşdırılan Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün şənbə günü Parisə gələcək.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Mən beş il əvvəl dağıdıcı yanğından sonra tamamilə yenidən qurulan möhtəşəm tarixi Notr-Dam Katedralinin açılışında iştirak etmək üçün şənbə günü Parisə gedəcəyəm”, - Tramp qeyd edib.
Fransaya səfər respublikaçının noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədindən sonra ilk xaricə səfəri olacaq.
Qeyd edək ki, Notr Dam Katedralı əsrlər boyu Parisin ən məşhur binası olub və dünya tarixi abidələri siyahısına daxil edilib. 2019-cu il aprelin 15-də axşam məbəddə yanğın baş verib. Yanğını yalnız səhər saatlarında tamamilə söndürmük mümkün olub. Yanğın zirzəmi sahəsində hələ də məlum olmayan səbəblərdən baş verib.