PSJ rəhbərliyi Çempionlar Liqasındakı (ÇL) uğursuzluq fonunda komandanın baş məşqçis Luis Enrike ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Loik Tanzi sosial şəbəkə hesabları üzərindən yayıb.
Xəbərə görə, Paris təmsilçisinin bossları ispan mütəxəssislə vidalaşmaq niyyətində deyillər və ÇL-dəki nəticələrə rəğmən, onu tam şəkildə dəstəkləyirlər. Mənbə Fransa nəhənginin qış transfer pəncərəsi dönəmində heyəti gücləndirməyi hədəflədiyini vurğulayıb.
Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. O, daha öncə "Roma", "Selta", "Barselona" və İspaniya millisinə rəhbərlik edib.
13 tura 33 xal toplayan PSJ Fransa Liqa 1-in turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Nihat