AZ

Pomidor-yumurtanın qiyməti niyə qalxıb?

Əksər kafe və restoranlarda pomidor-yumurta çığırtmasının qiyməti qalxıb.

News24.az mövzu ilə bağlı kafe və restoranlarla əlaqə saxladıb. 

Qeyd edək ki, hazırda pomidor-yumurta çığırtmasının qiyməti 6-12 manat arası dəyişir. Halbuki sentyabr ayında bu qiymət 3-7 manat arası dəyişirdi. İaşə obyektlərinin inzibatçıları qiymət artımını qış mövsümü ilə əlaqələndiriblər. Bildiriblər ki, pomidor baha olduğundan bu, birbaşa pomidor-yumurta şığırtmasının qiymətinə təsir göstərir. 

Məsələ ilə bağlı aşpaz İbrahim Əlizadə qiymət artımı ilə bağlı danışıb. Onun sözlərinə görə, qiymət artımını hər kəs şəffaf şəkildə aparmır: 

“6 manata 1 nəfərlik pomidor-yumurta çığırması hazırlanırsa, ən yaxşı yağ və ən yaxşı pomidordan istifadə olunmalıdır. Təəssüf ki, bu gün 6 manata pomidor-yumurta çığırtması təklif edən əksər kafelərdə keyfiyyətsiz yağdan və tomat pastasından istifadə olunur. Tomat pastası ilə verilən yemək pomidor-yumurta çığırtması yox, başqa bir yeməkdir. Belə pomidor-yumurtanı, ümumiyyətlə, yeməyi tövsiyə etmirəm”.


Ağa Dadaşzadə


Seçilən
35
news24.az

1Mənbələr