AZ

Tailand və Malayziyada daşqınlar nəticəsində 30-dan çox adam ölüb

Tailand və Malayziyada musson yağışlarının yaratdığı daşqınlar 30-dan çox insanın ölümünə və on minlərlə insanın təxliyə olunmasına səbəb olub.

Tailand səlahiyyətliləri çərşənbə axşamı bildiriblər ki, son bir həftə ərzində daşqınlar nəticəsində 25 nəfər ölüb. Malayziyada isə ən azı altı nəfər ölüb.


Hər iki ölkə güclü yağışlar ərəfəsində sığınacaqlar və evakuasiya planları hazırlayır.

Malayziyanın baş naziri Ənvər İbrahim, ötən həftə ölkənin şərq sahillərinə yağan beş gün ərzində gözləniləndən daha çox yağan yağışın, şimal-şərqdəki Kelantan əyalətində və qonşu Terengqanuda dağıntılara səbəb olduğunu söyləyib.


Daşqınlar həmçinin geniş düyü sahələrini su altında qoyaraq fermerlərə milyonlarla dollar ziyan vurub. Güclü leysan Kelantan və Malayziyanın digər bölgələrində də yollara, evlərə və ictimai strukturlara ziyan vurub. Xilasedicilər evlərində qapalı qalan qurbanlara yemək paylamaq üçün qayıqlardan istifadə ediblər.

Səkkiz ştatdan 91 minə yaxın insan hələ də evlərinə qayıda bilmir. Onların təxminən 88%-i Kelantan və Terengqanudandır.

Bu arada, Taylandda təxliyə edilən 34 mindən çox vətəndaş hələ də xüsusi sığınacaqlardadır. Daşqınlar səbəbindən bir çox məktəb və 98 səhiyyə müəssisəsi bağlanıb.

Həftə sonu yağışlar bir qədər azaldı, lakin meteoroloqlar çərşənbə axşamı gecədən yağışların yenidən artacağını proqnozlaşdırırlar.
 
Aytac

www.anews.az
Seçilən
4
anews.az

1Mənbələr