AZ

Elmar Baxşıyev mövsümdə ikinci dəfə Kurban Berdıyevi məğlub etdi - REPORTAJ

Araz-Naxçıvan - Turan Tovuz 1:0 (0:0)
12. Kristian Avram - 6,0
5. Qara Qarayev - 6,0
34. Urfan Abbasov (k) - 6,0
3. Bəxtiyar Həsənalizadə - 6,0
2. Slavik Alxasov - 5,5
16. Ramon Maçado - 6,0
29. Vanderson Melo - 6,0
23. Nuno Rodriges - 5,0
(10. Bernardo Dias, 65) - 4,5
14. Miço Kuzmanoviç - 6,0
(17. İssuf Paro,89) - qiymətsiz
4. İqor Robeyro- 6,0
97. Felipe Santos - 6,5
(7. Ülvi İsgəndərov, 89) - qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
6. Vadim Abdullayev
26. Ömər Buludov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
24. Mustafa Əhmədzadə
71. Sənan Ağalarov
21. Sezar Meza Kolli
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Felipe Santos

1. İvan Konovalov - 6,0
4. Şəhriyar Əliyev (k) - 5,5
10. Xəyal Nəcəfov - 6,0
(77. Veysəl Rzayev, 79) - qiymətsiz
88. Faiq Hacıyev - 6,5
11.Ayxan Quseynov - 6,0
(99. Sadiq Şəfiyev, 79) - qiymətsiz
9. Kristian Da Silva - 6,0
5. Roderik Miller - 6,0
23. Alexandro Serrano - 6,5
15. Emmanuel Hakman - 5,0
25. Denis Marandiçi - 6,0
80. Otto Con - 6,0
(21. Aleks Souza, 71) - 4,5
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
33. Eltun Turabov
8. Tural Bayramlı
7. İsmayıl Zülfüqarlı
13. Fərid Yusifli
44. Rüfət Əhmədov
20. İbrahim Ramazanov
6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Alexandro Serrano

Qol: F.Santos, 74.
Vərəqələr: V.Melo, 54 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 83 (qeyri-idman hərəkəti). K.Avram, 89 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Yavər Rəhimov (Bakı).
29 noyabr. Bakı. “Liv Bona Dea Arena”. 200 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunu qiyməti: 5,0.

Bu komandaların avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı heç kimə sir deyil. Odu ki, son ana qədər qələbə üçün döyüşəcəklərini gözləməyə dəyərdi. Digər tərəfdən, “Araz-Naxçıvan” 1-ci dövrədə Tovuzda keçirilən oyunda, 5 min azarkeşin gözü önündə meydan sahiblərini məğlub etmiş, həmin oyunda qələbə topunu Felipe Santos vurmuşdu. Braziliyalı Mərdəkandakı oyunun da qəhrəmanı olacaqdı. Amma bu haqda bir qədər sonra.

4-cü dəqiqədə Millerin səhvindən sonra topu ələ keçirən Kuzmanoviç onu irəli göndərdi. Felipenin zərbəsi isə qapının üstündən keçdi. 21-ci dəqiqədə meydan sahiblərindən Ribeyro sadə vəziyyətdə ötürmə səhvi etdi. Belədə Faiq Hacıyev Xəyal Nəcəfovu oyuna qoşdi. Xəyal bir qədər irəliləyib zərbə endirsə də, Avram yerində idi. Dəqiqələr ötdükcə qonaqlar da hücumların intensivliyini artırdı. 43-cü dəqiqədə onlar hesabı açmağa yaxın oldu. Marandiçidən ötürmə alan Con Bəxtiyardan sıyrılıb zərbə vurdu, amma top dirəyə dəyərək meydanı tərk etdi. İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. 65-ci dəqiqədə Serrano irəliyə doğru ötürmə etdi. Con sinəsi ilə topu Ayxan üçün saxladı. Ayxan uzaqdan bəxtini sınasa da, Avram bu dəfə də zərbəni “zərərsizləşdirdi”. 73-cü dəqiqədə Ayxan qapı qarşısına ötürmə verdi. Bəxtiyar topu uzaqlaşdıra bilmədi. Qayıdan topa yaxınlaşan Serrano “çərçivə”ni nişan alsa da, Urfan Abbasov onun zərbəsini blokladı, Da Silvanın təkrar zərbəsi də qeyri-dəqiq oldu. Cəmi 1 dəqiqə sonra ikinci hissədə passiv oyun göstərən naxçıvanlılar hesabı açdı. Qara Qarayev irəliyə doğru ötürmə verdi. Hakman topu başı ilə uzaqlaşdıra bilmədi, Felipe Santos isə onu geridə qoyaraq, topu qapıçının ayaqları arasından keçirdi. Qonaqlar bərabərləşdirmək üçün irəli atılsa da, vəziyyəti dəyişə bilmədilər.

Maraqlı təsadüf: “Araz-Naxçıvan” ötən həftənin cümə günü olduğu kimi, bu həftənin də eyni günündə zirvəyə döndü. “Turan Tovuz” isə son 5 matçın yalnız birində qələbə qazana bilib. Berdıyev təcili çıxış yolu tapmalıdı. Yoxsa...

Gözdən qaçmadı
* “Ultras Turan” “Araz”ın köpəyi Cavid Cəlilov”, “Cavid,“Araz”ın formasını geyin” dedi
* Naxçıvanlı azarkelər “Turan”, bax belə, için göynəsin” qışqırdı.
* Hesabı göstərən tablo işləmirdi.
* Stadionda “Ultras Turan”ın pankartı açılmamışdı.

ƏSƏD SEYİDOV

Seçilən
45
football-plus.az

1Mənbələr