AZ

ABŞ Yaxın Şərqdə qüvvələr balansının dəyişməsinin qarşısını almaq istəyir

ABŞ Yaxın Şərqdə qüvvələr balansının dəyişməsi ilə bağlı qaçılmaz prosesi ləngitməyə çalışır və Suriyada sabitliyi pozmaq üçün terrorçulardan istifadə edir. Bu fikri TASS-a müsahibəsində Tehranda yerləşən Şərqin Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Omid Rəhimi deyib.

“Yaxın Şərqdə regional nizam dəyişir, ABŞ istər-istəməz bölgə üzərində nəzarəti itirir. Yaxın Şərqdə yeni regional nizamın formalaşması prosesini yavaşlatmaq istəyən Vaşinqton bunu nəyin bahasına olursa olsun, hətta ənənəvi müttəfiqləri hesabına da etməyə çalışır”, - analitik qeyd edib.

Onun sözlərinə görə, “Birləşmiş Ştatlar Suriyadakı vəziyyəti sabitsizləşdirməklə regiondakı siyasətinin uğursuzluqlarını gizlətməyə çalışır.

Oxuməni.az

Seçilən
8
oxumeni.az

1Mənbələr