Suriyanın şimalında Fərat Qalxanı və Barış bulağı bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib:
\"Terrorçular onları gözləyən sondan qaça bilməz və qaça bilməyəcək. Suriyanın şimalındakı Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Terror təşkilatlarına qarşı mübarizəmiz , harada olurlarsa olsunlar, son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək\".
Oksana