Gürcüstan Konstitusiya Məhkəməsi, prezident Salome Zurabişvili və müxalifət siyasətçilərinin 26 oktyabr tarixində keçirilmiş parlament seçkilərinin qeyri-konstitusional sayılması ilə bağlı verdiyi iddiaları əsaslı olaraq qəbul etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında bildirilir.
"Konstitusiya iddiaları №1848 (prezidentin iddiası - TASS qeyd edir) və №1849 (müxalifətin iddiası - TASS qeyd edir) üzrə əsaslı şəkildə qəbul edilmədi. Qərar sonuncudur və yuxarı instansiyaya şikayət verilməyəcək və ya nəzərdən keçirilməyəcək", - deyə məhkəmənin açıqlamasında qeyd edilir.
Alpər