AZ

COP29 Bakıda iqlim dəyişiklikləri ilə mübarizədə mühüm mərhələ oldu – Saymon Stil

Bakı. Trend:

Bakıda keçirilən COP29 dünya ölkələrinin razılığı ilə iqlimmaliyyələşdirilməsi hədəfinə nail olmaqla əsl bir dönüş nöqtəsioldu.

Trend xəbər verir ki, bunuBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)icraçı katibi Saymon Stil Ər-Riyadda keçirilən COP16 çərçivəsində“Torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılmasıüçün dövlət və özəl maliyyənin səfərbər edilməsi” mövzusundaMaliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, bu hədəf reallaşdırılsa, insanlıq üçün bir növsığorta olacaq.

“Bu, məhz vaxtında baş verdi. Biz bilirik ki, Yer üzündə həyatıdəstəkləyən sistemlər təhlükə altındadır. Torpaqların bərpası,quraqlığa qarşı dayanıqlılığın artırılması və iqlim dəyişiklikləribir-biri ilə sıx bağlıdır. Buna görə də bu sığortanın hərtərəfliolmasını, investisiyaların qarşılaşdığımız çağırışları həlletməsini və “sığorta ödənişlərinin” tam və vaxtında yerinəyetirilməsini təmin etməliyik”, – deyə o bildirib.

Saymon Stil qeyd edib ki, torpaqların bərpası və quraqlığa qarşıdayanıqlılığın gücləndirilməsi üçün tələb olunan resurslarınsəfərbər edilməsinin vaxtı çatıb.

“Bu, torpaq resurslarının davamlı idarə edilməsinə, təbiətəəsaslanan həllərə, meşələrin bərpasına, həmçinin, icmaların, kiçikfermerlərin, kiçik və orta müəssisələrin dəstəyinə sərmayəqoyulması deməkdir.

Onlar öz sektoral kənd təsərrüfatları vasitəsilə dolanışıqlarınıtəmin edərək, adaptasiya etməyə hazırdırlar. Dünyanın müxtəlifyerlərindəki yerli icmaların təcrübələrindən öyrənməliyik. Onlarınyaradıcılığı uğurlar gətirir və bu, genişləndirilə bilər. Dövlətmaliyyəsi çoxtərəfli inkişaf bankları və özəl investisiyalar buradamühüm rol oynayır. Bu müxtəlif maliyyə axınları birgə işlədikdə,daha böyük təsir yarada və daha çox insana kömək edə bilər”, – deyəS.Stil qeyd edib.

Qeyd edək ki, Azərbaycanda keçirilən COP29 bir sıra mühümqərarlarla yadda qalıb:

  • İllik 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbəredilməsinə dair yeni əsas hədəf müəyyən edilib ki, bu da əvvəlki100 milyard dollarlıq planı üç dəfə üstələyir;
  • İtki və Zərər Fondu fəaliyyətə başlayıb;
  • Paris Sazişinin 6-cı maddəsi çərçivəsində etibarlı karbonbazarlarının yaradılması ilə bağlı danışıqlar tamamlanıb.
Seçilən
14
2
az.trend.az

3Mənbələr