AZ

Ukraynanın daha çox silaha ehtiyacı var - NATO

Ukraynanın daha çox hərbi yardıma, Rusiya ilə potensial sülh danışıqlarına dair daha az müzakirəyə ehtiyacı var.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib.

O qeyd edib ki, NATO öz qoşunlarını münaqişə zonasına göndərmək əvəzinə potensial sülh danışıqlarında mövqelərini gücləndirmək üçün Ukraynaya silahların verilməsini müzakirə edəcək.

"Yaxın iki gün ərzində keçiriləcək görüşdə Ukraynanın sülh danışıqlarına getmək üçün daha çox hərbi yardımın olması çox vacibdir”, Rutte deyib.

NATO rəhbəri həmçinin bildirib ki, Ukraynada cəbhə yavaş-yavaş qərbə doğru dəyişir. "Hazırda cəbhə Qərbdən Şərqə deyil, Şərqdən Qərbə doğru hərəkət edir".

Türkan İSGƏNDƏRLİ 
 

 

Seçilən
20
redaktor.az

1Mənbələr