AZ

“Landmark” 120 milyona satışa çıxarıldı

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.

Ulusal.az xəbər verir ki, bu barədə herrac.gov.az saytında məlumat yerləşdirilib.

Açıq auksion formatında elektron qaydada keçiriləcək satış rəsmi olaraq dekabrın 22-də 18:41-də başlayacaq.

32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat təyin edilib.

İştirak üçün beh 6 milyon manatdır.



Seçilən
0
9
moderator.az

10Mənbələr