AZ

ABŞ NATO-dan çıxarsa...

"ABŞ keçmiş Sovet respublikasına yardımı dayandırarsa, Ukrayna Rusiya Federasiyası ilə münaqişəsini bitirəcək, çünki Avropa bu hərbi dəstəyi kompensasiya edə bilməyəcək".

Publika.az xəbər verir ki, bunu isveçrəli deputat Jaklin De Quatro "Tribune de Genève" qəzetinə bildirib.

“Əgər Birləşmiş Ştatlar NATO-dan çıxsa, Ukrayna müharibəni uduzacaq, çünki Avropa bu hərbi dəstək çatışmazlığını doldura bilməyəcək”, - deyə Quatro fikrini bölüşüb.

De Quatro İsveçrənin ABŞ prezidenti Donald Trampın gəlişi ilə Şimali Atlantika Alyansının mümkün zəifləməsindən narahat olduğuna diqqət çəkib.

Qeyd edək ki, Rusiya tərəfi isə hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, Şimali Atlantika Alyansı ölkələrini birbaşa münaqişəyə cəlb edir və “odla oynayır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, keçmiş sovet respublikası üçün istənilən silah yükü Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək. Lavrovun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə.

Seçilən
13
publika.az

1Mənbələr