AZ

Ukraynalı nazir ölkəsinin ən böyük SƏHVİNDƏN DANIŞDI

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, ölkəsi Budapeşt Memorandumu ilə bağlı ümidlərindən acı dərs alıb və bu cür səhvlər təkrarlanmamalıdır.

Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, o, bu barədə NATO ölkələrinin nazirlərinin görüşündən əvvəl açıqlama verib.

Sibiqa Budapeşt Memorandumunun imzalanmasının 30-cu ildönümünü xatırladaraq bildirib ki, Ukrayna bu sənədin imzalanması müqabilində təhlükəsizlik zəmanəti əldə edəcəyinə inanaraq nüvə silahından imtina etmişdi.

“Bu, Ukraynanın təhlükəsizliyi hesabına uzunmüddətli təhlükəsizlik həlləri ilə bağlı hər hansı bir qərarın qəbuledilməz olduğunu göstərir. Bu sənəd Ukraynanın və transatlantik təhlükəsizliyin təminatında uğursuz oldu”, – deyə Sibiqa vurğulayıb.

“Buna görə də biz tərəfdaşlarımızla “güc vasitəsilə sülh” konsepsiyasını müzakirə edəcəyik və dostlarımızın “ev tapşırığı”mızı yerinə yetirmək üçün hansı addımlar atmalı olduqlarını anlayırıq”, – əlavə edib.

Xatırladaq ki, NATO nazirlərinin iclasının başladığı gün Ukrayna Xarici İşlər Nazirliyi rəsmi mövqe yayıb ki, Ukrayna NATO üzvlüyünü əvəzləyən bu cür təhlükəsizlik zəmanətləri ilə razılaşmayacaq. NATO-nun baş katibi Mark Rutte isə Brüssel görüşündən əvvəl bəyan edib ki, tərəfdaşlar Ukraynanın üzvlük çağırışlarını eşidirlər və planlarından yayınmırlar, lakin Alyansın dekabr iclasında məqsədləri fərqli olacaq.

Seçilən
13
yenicag.az

1Mənbələr