AZ

Azərbaycanı Daşkənddə 11 gimnast təmsil edəcək

Azərbaycanı Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürəcək batut gimnastikası üzrə “Beyond the Sky” beynəlxalq yarışında 11 gimnast təmsil edəcək.

Apasport.az xəbər verir ki, yarışda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Vəliyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova və Şəfiqə Hümbətova bacarıqlarını göstərəcəklər.

Gimnastlara məşqçilər Abdulla Qasımov və Vladimir Şulikin rəhbərlik edəcək. Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.

Milli Gimnastika Arenasında "ustad dərsi"

Təmsilçilərimiz Dubaydan 11 medalla qayıdır

6 kateqoriyada qaliblər müəyyənləşəcək

Türkiyəli Olimpiya mükafatçısı Milli Gimnastika Arenasının qonağı olub

Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək

Seçilən
38
3
apasport.az

4Mənbələr