AZ

İki göydələn böyüklüyündə asteroid Yerin yanından keçəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 3-də və 4-də "2007 JX2" və "2020 XR" adlı iki potensial təhlükəli asteroid Yerin yaxınlığından uçacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Newsweek" nəşri məlumat verir.
Məlumata görə, göy cisimlərinin ölçüləri Nyu-Yorkun Manhetten adasında yerləşən 443.2 metr hündürlüyündə 102 mərtəbəli göydələn "Empire State Building"lə müqayisə edilə bilər.
İlkin məlumata görə, "2007 JX2" asteroidinin ölçüsü 402.3 metr, "2020 XR" asteroidinin isə 387.7 metr təşkil edir. Birincisi Yerdən 5.5 milyon kilometr, ikincisi isə 2.2 milyon kilometr məsafədən keçəcək.
"Nature Physics" jurnalının noyabr sayında qeyd edilirdi ki, Sandia Milli Laboratoriyasının tədqiqatçılar komandası Yer kürəsini potensial təhlükəli asteroidlərdən qorumaq üçün yeni strategiya təklif edib. Alimlər sübut ediblər ki, laboratoriyada yaradılan rentgen impulsları asteroidin səthini qızdıra və materialın buxarlanmasına səbəb ola bilər ki, bu da onun trayektoriyasını dəyişəcək.
Təcrübə sübut edib ki, bu üsul diametri dörd kilometrə qədər olan asteroidin yönünü dəyişdirə bilər. Tədqiqatçıların fikrincə, kəşf planeti asteroid təhlükələrindən qorumaq üçün yeni texnologiyaların inkişafında mühüm addım ola bilər, hansı ki, 66 milyon il əvvəl belə bir asteroid olan "Çiksulub"un düşməsi nəticəsində dinozavrlar məhv olmuşdu.
Seçilən
382
50
oxu.az

10Mənbələr