Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, günün ilk matçında Premyer Liqa təmsilçilərindən “Səbail” “Qaradağ Lökbatan”la üz-üzə gəlib.
Qarşılaşma “dənizçilərin” qələbəsi ilə bitib – 2:0. “Səbail”in qollarını 53-cü dəqiqədə Emin Rüstəmov və 62-ci dəqiqədə Nihad Quliyev vurub. Komanda növbəti mərhələdə “Qəbələ” – “Qarabağ” duelinin qalibi ilə qarşılaşacaq.
Bu gün “Araz-Naxçıvan” – “Mingəçevir”, “Turan Tovuz” – “Sabah” görüşləri də baş tutacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər matçları dekabrın 4-də gerçəkləşəcək.