Bakı. Trend:
Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas(“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kəndtəsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma vədiyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qidatexnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda, 9 ixtisasınadında dəyişiklik edilib.
Trend xəbərverir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayevjurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bakalavriat səviyyəsindən magistraturasəviyyəsinə keçərkən ixtisas uyğunluğu yoxlanılır.
“Bunun təmin edilməsi üçün Nazirlər Kabinetinin yeni təsnifatqərarı önəmli yer tutur. İxtisasların təsnifatı magistratura vərezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsiüzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriatsəviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrinməzun olduqda təhsillərini davam etdirmələri üçün magistraturasəviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.
Bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların caritəsnifatını yenidən işləyərək, vahid qərarda təsdiqləmə zərurətiyaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuşvə təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifatabakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsilisəviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidenturasəviyyəsi üzrə 44 ixtisas daxil edilib.
Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas(“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kəndtəsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma vədiyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qidatexnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasınadında dəyişiklik edilib", - o qeyd edib.