AZ

Doqquz ixtisasın adında dəyişiklik edilib - Nazir müavini

Yazını böyüt
Yazını kiçilt

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda, 9 ixtisasın adında dəyişiklik edilib.

Hafta.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bakalavriat səviyyəsindən magistratura səviyyəsinə keçərkən ixtisas uyğunluğu yoxlanılır.

“Bunun təmin edilməsi üçün Nazirlər Kabinetinin yeni təsnifat qərarı önəmli yer tutur. İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.

Bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək, vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuş və təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib", - o qeyd edib.

Seçilən
13
4
hafta.az

3Mənbələr