AZ

Avropa ölkəsi məcburi hərbi xidməti bərpa etmək istəyir

Hollandiya Müdafiə Nazirliyi məcburi hərbi xidmətin ləğvindən 27 il sonra yenidən tətbiq etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə RTL telekanalı müdafiə idarəsinin sənədlərinə istinadən məlumat yayıb.

Hollandiya Silahlı Qüvvələrinin komandanı, general Onno Eyxelsxeyn bildirib ki, hərbi xidmətə çağırışın yenidən tətbiqi ilə bağlı konkret planlar yoxdur. Onun sözlərinə görə, bu, hazırda gündəmdə deyil və vacin də deyil. General qeyd edib ki, hərbçilərə lazımi ləvazimatların alınması, kazarmaların tikilməsi və təlim potensialının artırılması illərlə vaxt aparacaq.

Sənədlərdə deyilir ki, Müdafiə Nazirliyi bu məqsədə nail olmaq üçün zəruri olan tədbirlər planı hazırlayıb. Telekanal qeyd edir ki, icbari hərbi xidmətin tətbiqi kifayət qədər uzun vaxt aparacaq, lakin qonşu dövlətlər hərbi xidmətə çağırış tətbiq etməyə başlasa, Hollandiya dərhal buna əməl edəcək.

QAZİLER.AZ

Seçilən
14
2
qaziler.az

3Mənbələr