Ukrayna NATO-dan "Hawk", NASAMS və IRIS-T kimi ən azı daha 20 hava hücumundan müdafiə sistemi istəyir. Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa alyansın xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib. Onun çıxışı NATO-nun saytında yayımlanıb.“Biz artıq tərəfdaşlarımızı prioritet ehtiyaclarımız barədə məlumatlandırmışıq və onlara operativ cavab verdikləri üçün minnətdarıq, çünki "Hawk", NASAMS və ya IRIS-T kimi ən azı 20 əlavə sistemin təcili çatdırılmasından danışırıq” - deyə xarici işlər naziri qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta