AZ

Futbolçular onu mövsümün ən yaxşısı seçdi

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasında ötən mövsümün ən yaxşı məşqçisi seçilib.

Publika.az xəbər verir ki, bu mükafat ona çempionatda iştirak edən futbolçular arasında aparılan sorğuya əsasən verilib. İnzaqi nominasiyada ötən mövsüm "Bolonya"da çalışmış, hazırda isə "Yuventus"a rəhbərlik edən Tyaqo Motta və "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini qabaqlayıb.

Mövsümün ən yaxşı klubu mükafatına Simonenin rəhbərlik etdiyi "İnter" layiq görülüb.

Qeyd edək ki, Milan təmsilçisi ötən mövssüm İtaliya çempionu olub.

Seçilən
25
publika.az

1Mənbələr