İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini bildirib.
Bu barədə İslam Respublikası administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Yaxın vaxtlarda mənim Rusiya prezidenti ilə Suriyadakı vəziyyətlə bağlı görüşüm olacaq”, - deyə Pezeşkian əlavə edib ki, Moskva və Tehran Suriyada vəziyyətin sabitləşməsi üçün əllərindən gələni edəcəklər.
Dekabrın 2-də Pezeşkian Putinlə telefon danışığı zamanı bildirib ki, terrorçuların aktivləşdirilməsi İsrail və ABŞ-ın Yaxın Şərqdə sabitliyi pozmaq üçün təhlükəli planının bir hissəsidir. İranın icra başçısı Rusiyanın regionda sülhün və Suriyanın ərazi bütövlüyünün qorunmasındakı rolunu yüksək qiymətləndirib.
Mənbə: yenisabah.az