Misirli hücumçu Məhəmməd Salahın “Liverpul”dakı aqibətinin necə olacağı futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardan biridir.
Fanat.Az xəbər verir ki, Salahla bağlı son durumu “The Athletic” açıqlayıb.
Məlumata görə, Mo müqaviləsinin müddətini daha 1 illik uzatmaq təklifini də götür-qoy etməyin əleyhinə deyil, ancaq klubun bu yöndə konkret addım atmaması onu məyus edir. Yazılanlara inansaq, sözügedən oyunçu aparılan danışıqların tempindən narazıdır.
Yeni ilədək təklif olmayacağı halda, Salah yanvarın 1-dən başqa klubla ilkin saziş imzalaya bilər. Məhəmmədin hələ başqa komandalarla danışıqlar aparmadığı, lakin PSJ də daxil olmaqla, bir neçə Avropa nəhənginin, eləcə də MLS və Səudiyyə Ərəbistanı təmsilçilərinin onu rənglərinə bağlamaq üçün fürsət gözlədikləri vurğulanıb.
Nihat