AZ

Növbəti tədris ilindən yeni təsnifatlara uyğun ixtisaslaşmalar aparılacaq

Növbəti tədris ilindən artıq yeni təsnifatlara uyğun ixtisaslaşmalar aparılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, qlobal çağırışlar fonunda əmək bazarı da dəyişir.

O deyib ki, ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb:

"Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunub və təsnifatların cədvəlləri təsdiq edilib".

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün ali təhsilin səviyyələri üzrə ixtisasların təsnifatlarının təsdiqlənməsinə dair Qərar imzalayıb.

Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.

Seçilən
40
ikisahil.az

1Mənbələr