AZ

Trampdan BRİCS ölkələrinə tarif təhdidi

Fins.az - ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp xəbərdarlıq edib ki, BRİCS ölkələri dollardan uzaqlaşmamaq üçün öhdəlik götürməsələr, 100% həcmində tariflərlə üzləşəcəklər.

Tramp özünün “Truth Social” sosial media platformasındakı açıqlamasında bildirib ki, “kənara dayanıb BRİCS ölkələrinin dollardan uzaqlaşmağa çalışmasını izləmək” erası artıq bitib.

BRİCS ölkələrini rüsumlarla təhdid edən Tramp, "Biz bu ölkələrin yeni BRİCS valyutası yaratmayacağına dair öhdəlik götürmələrini və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəklərinə dair zəmanət vermələrini istəyirik. Əks halda, 100%-lik tariflərlə üzləşəcək və "Böyük ABŞ iqtisadiyyatı" ilə ticarətlə vidalaşacaqlar" - dedi. "Onlar özləri üçün başqa "avam" tapa bilərlər. BRICS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır." - deyə Donald Tramp qeyd edib.

 

Seçilən
3
fins.az

1Mənbələr