AZ

Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində Qvineya-Bisau Respublikasının xarici işlər,beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos PintoPereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşkeçirilib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, həmçinin Qvineya-Bisaunun ətraf mühitnaziri Viriato Kassama və digər rəsmilər iştirak ediblər.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizarasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq, tibbsahəsində də əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nazirinsözlərinə görə, bu istiqamətdə əməkdaşlıq beynəlxalq müstəvidə -Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəhəyata keçirilir.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəəməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadəedib.

Öz növbəsində Karlos Pinto Pereira Qvineya-Bisaunun Azərbaycanlaəlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib:

“Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələrqurulub. Bu müddət ərzində Qvineya-Bisau və Azərbaycandövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişafedir”.

Görüşdə, həmçinin Qvineya-Bisaudan olan tibb sahəsi üzrəmütəxəssislərin hazırlanmasına dəstək verilməsi və maraq doğurandigər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
19
8
az.trend.az

10Mənbələr