"Qalatasaray"ın hücumçusu əməliyyat olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mauro İkardi öz istəyinə uyğun olaraq vətni Argentinada bıçaq altına girib.
Əməliyyatdan sonra paylaşım edən İkardi yazıb: "Bu əməliyyatda əməyi keçən hər kəsə təşəkkür edirəm. Ailəmə, "Qalatasaray"'a da hər bir detalı izlədiyi və hər şeyi təşkil etdiyi üçün təşəkkür edirəm. Tezliklə dönəcəm".
Fərid Aslan
MİA.AZ