Bakı. Trend:
Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsiköhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyəyararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırdarespublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlikstandartlarına cavab vermir.
Trendxəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC məlumat yayıb.
Bildirilib ki, bunu nəzərə alaraq, “Azərbaycan Respublikasındayol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçünDövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrininutilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi iləəlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik vəəlavələr edilmişdir.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunununnəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabrayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddətərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdəqeydiyyatı üçün tədbirlər görülmüşdür.
Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən“Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başaçatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrininqəbuluna başlanılmışdır.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasınıasanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalıhazırlanmışdır.
Mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” AzərbaycanRespublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyatvasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Dahasonra zəruri məlumatlar yeni istifadəyə verilmiş portala daxiledilməklə nəqliyyat vasitəsi utilizasiyaya təqdim edilir. Nəqliyyatvasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatoratəhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənədəsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəştvə ya birdəfəlik ödəniş almaq mümkündür.
Ötən dövr ərzində 35 nəqliyyat vasitəsi utilizasiyaya verilmişvə birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyatvasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyatakeçirilmişdir.
Qeyd edilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsikönüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakterdaşımır.